10.02.2017 21:25
1650
1650
Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı 21 olimpiya medalından məhrum edib. Məlumata görə, Rusiya yığmasının əlindən alınan 13 medal (1 qızıl, 6 gümüş, 6 bürünc) 2008-ci il Pekin Olimpiadasında, 8 medal isə (3 qızıl, 5 gümüş) 2012-ci il London Olimpiadasında qazanılmışdı. Beynəlxalq Olimpiya Komitəsi Pekin və London olimpiadalarında götürülmüş dopinq testləri yenidən yoxlayıb. Ümumilikdə 1243 dopinq test yenidən yoxlanılıb ki, bunun da 98-i (60-ı Pekin, 38-i London) müsbət çıxıb.