cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Konte həyat yoldaşından şikayətləndi

11.02.2017 12:02 Oxundu 1921

"Çelsi"nin" baş məşqçisi Antonio Konte etiraf edib ki, həyat yoldaşı Yelizabetta onun futbolla bağlı maraqlarını əsla onunla bölüşmür. Məsələn, Kontenin fevralın 5-da, bazar günü Turində keçirilən "Yuventus"-"İnter" matçına baxmaq istəməsi Yelizabetta tərəfindən yaxşı qarşılanmayıb: "Mən həyat yoldaşıma deyəndə ki, "Yuventus" və "İnter" arasında keçirilən matça gedib baxmaq istəyirəm onda o sevinmədi. Dedi ki, niyə onunla və qızı ilə birgə olmaq istəmirsən? Bəzən mən ona izah etməyə çalışıram ki, digər komandaların oyunlarına baxmaq mənim işimin ayrılmaz hissəsidir. Ancaq istirahət günümdə bu o qədər də asan olmur. Bazar günü mən bütün günü futbola baxdım. Əvvəlcə "Mançester Yunayted"ə və "Mançester Siti"yə... Sonar İtaliya çempionatına...Bilirsinizmi mənim futbola böyük ehtirasım var. Amma arvadım mənə qədər futbola baxmayıb. Məsələn bazar günləri o, velosipedlə gəzintiyə çıxmağı sevir".