1844
“Bildiyiniz kimi, Ramil “Trabzonspor”da oyun təcrübəsindən əziyyət çəkirdi. Bununla belə o, bir neçə klubun diqqət mərkəzində idi”. Bu sözləri Slovakiyanın “Jilina” klubunun baş məşqçisi Adrian Qulya deyib. O, klubun rəsmi saytına açıqlamasında millimizin hücumçusu Ramil Şeydayevin transferindən danışıb:
“Şeydayevlə bir müddətdir maraqlanırdıq. Gənc və perspektivli oyunçularla çalışma fəlsəfəmizə uyğun olaraq, onu komandamıza götürdük. Şeydayevin "Jilina"ya mümkün qədər tez qoşulmasına çox şadıq. Əməkdaşlığa başlayacağımız günü səbirsizliklə gözləyirik". Xatırladaq ki, R.Şeydayev ötən yay "Zenit"dən "Trabzonspor"a transfer olunan Şeydayev “Jilina”da 2018-ci ilin iyun ayına qədər icarə əsasında çıxış edəcək.