1846
"Mançester Yunayted"in keçmiş forvardı Kriştiano Ronaldo Britaniyanın FourFourTwo nəşrinin versiyasına görə İngiltərə premyer liqasında ən güclü legioner sayılıb. Portuqaliyalı futbolçi 2003-2009-cu illərdə "Mançester Yunayted" komandasının tərkibində 5 dəfə İngiltərə çempionatının , 1 dəfə Çempionlar liqasının qalibi olub və 1 dəfə də "Qızıl top"a sahib çıxıb.
Reytinqdə 2-ci yer "Arsenal"ın futbolçusu Tyerri Anriyə qismət olub. 3-cü yeri "Lids" və "Mançester Yunayted"in üzvü Erik Kantona tutub.
İlk onluqda qərarlaşan digər futbolçular bunlardır: Denis Berkamp ("Arsenal"), Didye Droqba ("Çelsi"), Serxio Aquero ("Mançester Siti"), Canfranko Zola ("Çelsi"), Patrik Vieyra ("Arsenal", "MS"), Peter Şmeyxel ("MY", "MS", "Aston Villa") və David Jinola ("Nyukasl Yunayted", "Tottenhem", "Aston Villa", "Everton").