cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ”nin əvəzediciləri ardıcıl 9-cu qələbəsini qazanıb

11.02.2017 19:05 Oxundu 1767

Bu gün əvəzedicilərin yarışında XVIII tura start verilib. Günün ilk qarşılaşmasında “Qəbələ” “Zirə”nin qonağı olub. Ötən mövsümün çempionu olan “qırmızı-qaralar” səfər oyununa 8 matçlıq qələbə seriyasını davam etdirmək iddiası ilə çıxıb. Bunun nəticəsidir ki, yarışın lideri olan Hüseynqulu Quliyevin yetirmələri qarşılaşmanın taleyini matçın əvvəlində həll edib. Belə ki, Ülvi İsgəndərov 12-ci dəqiqədə hesabı açıb. Bu top onun mövsümdə 7-ci qolu olub. Cəmi 2 dəqiqə sonra “Qəbələ” fərqi artırıb. Ardıcıl 3-cü dəfə meydanı qolsuz tərk etməyən Rövlan Muradov fərqlənib – 2:0. Bununla da futbolçu mövsümdə 5-ci qolunu vurub. Meydan sahibləri matçın sonunadək məğlubiyyətdən qaçmağa çalışsa da, yalnız 1 qol vurmağı bacarıblar. 67-ci dəqiqədə Vüsal İsgəndərli penalti ilə fərqi minimuma endirib.
Beləliklə, “Qəbələ” ardıcıl 9-cu qələbəsini qazanıb. “Qırmızı-qaralar” ötən mövsüm imza atdıqları 10 qələbədən ibarət öz rekord seriyasının bir addımlığındadır.

“Zirə” – “Qəbələ” – 1:2
(Vüsal İsgəndərli, 67 (p.) // Ülvi İsgəndərov, 12; Rövlan Muradov, 14)

“Kəpəz” - “Qarabağ” - 3:2
Qollar: Şəfi Bağırov, 7. Eltac Muradov, 20. Fərid Məmmədov, 74 - Vüqar Nadirov, 29. Elgün Nəbiyev, 71.

1

Qəbələ

18

13

2

3

42-18

41

2

Qarabağ

18

10

4

4

34-21

34

3

Neftçi

17

10

1

6

26-20

31

4

Zirə

18

6

5

7

22-21

23

5

Kəpəz

18

6

5

7

22-26

23

6

İnter

17

6

5

6

12-12

23

7

Sumqayıt

17

4

1

12

25-41

13

8

AZAL

17

3

1

13

23-47

10