11.02.2017 19:18
1854
1854
"Neftçi” PFK-nın əvəzedici komandasının baş məşqçisi Samir Əliyev Ukraynada təşkil olunmuş UEFA-nın PRO kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurub. Məşqçimizə müvafiq diplom təqdim olunub. Qeyd edək ki, Samir Əliyevlə yanaşı, Azərbaycandan Elbrus Məmmədov, eləcə də Aleksandr Babiç, Marius Levandovski, Volodimir Mazyar, Milan Obradoviç, Dario Srna, Anatoli Timoşuk kimi tanınmış simalar da PRO kateqoriyalı lisenziyaya layiq görülüblər.
