cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

Cüdoçularımız 3 medal qazanıblar - VİDEO

12.02.2017 09:26 Oxundu 1920

Fevralın 11-də Parisdə Accorhotels Arenada cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri başlayıb. Iki gün davam edəcək turnirdə 63 ölkədən 459 idmançı mübarizə aparır. Yarışın ilk günündə dörd cüdoçumuz mübarizəyə qoşulub və millimiz 3 medal qazanıb.

Elxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) beynəlxalq turnirin bürünc medalına sahib olublar.

Turnirin ilk gününün nəticələrinə görə, Azərbaycan millisi səkkizinci pillədə qərarlaşıb. Hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal olan Yaponiya yığması ümumi komanda hesabında birincidir. Koreya Respublikası (2-1-0) ikinci, Kosovo millisi (1-0-1) isə üçüncü pillədə yer alır.