12.02.2017 10:26
1945
1945
“Barselona”nın müdafiəçisi Aleyks Vidal dünən “Alaves”lə La Liqanın 22-c turunun oyununda ağır zədə alıb. 85-ci dəqiqədə rəqiblə mübarizə zamanı onun topuğu qırılıb. Futbolçu dərhal xəstəxanaya aparılıb. Onun yaxın vaxtlarda əməliyyat olunacağı gözlənilir.
Kataloniya klubunun saytı bildirib ki, aldığı ciddi zədə səbəbindən Vidal 5 ay yaşıl meydanlardan uzaq qalacaq.
v