2017
"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 22-cu turunda komandasının "Osasuna" ("Osasuna" - "Real" - 1:3, qollar: Leon, 33 - Ronaldo, 24 (pen.), İsko, 62, Vazgez, 90) üzərindəki səfər qələbəsini şərh edib: "Meydanda turnir cədvəlinin autsayderi ilə lider arasında fərq görünmürdü. Sona qədər oynamaq lazım idi, rəqib isə oyuna xeyli çətinləşdirirdi. Hücumçularımız yaxşı oynadılar və biz istədiyimizə nail olduq. Çatışmazlıqlar var idimi? Birinci qoldan sonra ikinci dəfə də fərqlənmək şansımız oldu. Amma "Osasuna" hesabı bərabərləşdirdi. Futbolda belə şeylər olur, amma imkanlarımızdan yararlanmağı bacarmalıyıq. İkinci hissədə biz daha yaxşı təsir bağışladıq, daha çox qol vəziyyətləri yaratdıq. Təbii ki, yekun nəticədən razıyam".