1826
"Arsenal"ın baş məşqçisi Arsen Venger çalışdığı komandanın sabiq oyunçusu İan Raytın: "67 yaşlı fransız məşqçisi bu mövsümün sonunda postunu tərk etməyə hazırlaşır" fikrinə aydınlıq gətirib: "Biz birgə şam etdik. Yeməkdə bizdən başqa da şəxslər vardı. Görünür, Rayt istəyir ki, mən istirahət edim. Onun bu fikrinə hörmətlə yanaşıram. Amma mən istirahət etməyə hazır deyiləm. Ola bilsin ki, həmin gün mən ona yorğun görünmüşəm". O daha sonra deyib: "Bu ölkəya və kluba böyük hörmətim var. Artıq 20 ildir burada işləyirəm. Mənim işim azarkeşləri sevindirməkdir. Hərdən bunu edə bilməyəndə özümü günahkar kimi hiss edirəm. Ona görə də həmişə qələbə qazanmağa çalışıram".
Qeyd edək ki, "Arsenal" 25 turun yekunlarına görə 50 xal toplayıb və turnir cədvəlində ikincidir.