12.02.2017 13:34
1897
1897
Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci günündə daha 3 idmançımız mübarizəyə qoşulub. 100 kq çəki dərəcəsində Elmar Qasımov və Elxan Məmmədov, 100+ çəkidə isə Uşanqi Kokauri medallar uğrunda yarışıblar.
Kişilər
100 kq
Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov mübarizəyə portuqaliyalı Xorxe Fonseka ilə start verib. Qasımov ilk döyüşündə məğlubiyyətə uğrayıb.
Eks dünya çempionu Elxan Məmmədov Kentaro İda (Yaponiya) ilə qarşılaşıb. Yaponiyalı Elxanı da yolundan kənarlaşdırmağa müvəffəq olub.
+100 kq
Uşanqi Kokauri startda koreyalı Kim Kyontae ilə üz-üzə gəlib. Legioner cüdoçumuz ilk görüşdən məğlubiyyətlə ayrılıb.