cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

"Futbolçular belə bir meydanda xarakter göstərdilər"

12.02.2017 17:51 Oxundu 1873

Bu gün "Qarabağ" səfərdə "Kəpəz"i 1:0 hesabıyla məğlub edib. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: "Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular belə bir meydanda xarakter göstərdilər. Qələbə üçün nə lazımıydısa, komandam bəlkə artığını etdi. Azarkeşlərimizə təşəkkür edirəm, bu gün də stadiondaydılar. "Kəpəz" azarkeşlərinə də təşəkkür edirəm, məni və komandamı yaxşı qarşıladılar. Şahin Diniyev və "Kəpəz"ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".