1730
"Neftçi” PFK Topaz Premyer Liqasının XVIII turu çərçivəsində qarşılaşacağı "Sumqayıt” klubu ilə oyunun hazırlığını başa vurub. Komandamız "Bakcell Arena”da məşq edib. Məşqdən sonra komandamızın hücumçusu Daniel Seqoviya Neftçi TV-yə açıqlama verib: "İnter”ə qalib gələndən sonra komandada özünəinam yaranıb. Sabahkı oyunda bunun bizə çox köməyi dəyəcək. Əvvəlki oyuna hazırlaşdığımız kimi, bu görüşə də yaxşı hazırlaşmışıq. Aqressiv olub, qələbə qazanmaq lazımdır. Azarkeşlər nəticədən asılı olmayaraq özünü yaxşı tərəfdən göstərib sonadək vuruşan bir komandanı dəstəkləməlidirlər. Biz də çalışacağıq ki, 100 faiz yox, 200 faiz gücümüzü qoyub azarkeşlərin bizə olan inamını daha da artıraq”.
Daniel