1930
Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq. İkinci oyun günündə sonuncu iki qarşılaşma oynanılacaq. Günün ilk matçında bakılıların duelində "İnter" AZAL-ın qonağı olacaq. Turun, bəlkə də, ən maraqlı qarşılaşması Sumqayıtda baş tutacaq. İkinci yarını yüksək səviyyədə keçirən iki komandanın dueli prinsipial xarakter daşıyır. "İnter" və "Qəbələ"ni büdrədən, "Kəpəz" üzərində inamlı qələbə qazanan "Sumqayıt" 4-cü pilləni əldən vermək fikrində olmadığını göstərir. Heyətində köklü dəyişikliklər edərək yüksək səviyyəli oyunu ilə yenidən azarkeşlərin rəğbətini qazanan "Neftçi" isə məhz "Sumqayıt"ın yerinə göz dikib.
Azərbaycan Premyer Liqası
XVIII tur
13 fevral
15:00. AZAL – “İnter”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
“AZAL Arena”
İlk iki dövrədəki oyunları - 1:3, 0:3
17:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
8-ci km stadionu
İlk iki dövrədəki oyunları - 1:2, 2:0
Turnir cədvəli
|
1. |
Qarabağ |
18 |
13 |
3 |
2 |
32-8 |
42 |
|
2. |
Qəbələ |
18 |
11 |
6 |
1 |
36-10 |
39 |
|
3. |
İnter |
17 |
7 |
8 |
2 |
28-18 |
29 |
|
4. |
Sumqayıt |
17 |
5 |
7 |
5 |
19-22 |
22 |
|
5. |
Zirə |
18 |
6 |
4 |
8 |
16-20 |
22 |
|
6. |
Kəpəz |
18 |
3 |
6 |
9 |
12-22 |
15 |
|
7. |
Neftçi |
17 |
4 |
1 |
12 |
13-33 |
13 |
|
8. |
AZAL |
17 |
1 |
5 |
11 |
8-31 |
8 |
Bombardirlər: Filip Ozobiç (“Qəbələ”) – 10 qol.