13.02.2017 02:39
1734
1734
Ötən mövsüm İngiltərə Premyer Liqasının sensasion qalibi "Lester" İngiltərə çempionatında keçirdiyi son 5 oyunda meydanı məğlubiyyətlə tərk edib. Bazar günü Premyer Liqanın 25-ci turununun qarşılaşmasında "Suonsi" klubuna 0:2 hesab ilə məğlub olan Klaudio Ranyerinin yetirmələri, artıq beş oyundur ki çempionatda xal qazana bilmir.
Son məğlubiyyətdən sonra "tülkülər" 21 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. Oyundan sonra açıqlama verən komandanın baş məşqçisi Klaudio Ranyeri deyib: "Bizim iki problemimiz var. Biz top buraxırıq, amma qol vura bilmirik".
Qeyd edək ki, "Lester" komandası ötən mövsümdə 81 xal toplayaraq, tarixində ilk dəfə İngiltərə çempionu olub.
ranyeri