cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Konte: "Liderliyə 6 namizəd var"

13.02.2017 08:54 Oxundu 1922

"Çelsi"nin baş məşqçisi Konte "Bernli" ilə oyundan sonra İngiltərə çempionatı ilə bağlı fikirlərini bölüşüb: "Çempionatın başa çatmasına hələ 13 tur qalıb. Əgər kimsə düşünürsə ki, liderlik uğrunda mübarizə başa çatıb, o, səhv edir. İndi liderliyə 6 namizəd var. Odur ki biz hər oyunda qalib gəlməyə çalışırıq. Bəzən çətin oyunlarımız da olur. Bu oyunda xal itirməyimizdən təəssüfləndim, amma oyunçularımdan razıym. Onlar həmişə qələbəyə can atırlar".

Bir daha xatırladaq ki, İngiltərə Premyer Liqasında 25-ci turunda lider "Çelsi" səfərdə xal itkisi ilə üzləşib. "Bernli"nin qonağı olan Antonio Kontenin komandası erkən qolla hesabı açsa da, qələbə qazana bilməyib. (1:1)

Qeyd edək ki, "Çelsi" hazırda 60 xalla liderdir. 50 xala malik "Tottenhem" ikinci, "Arsenal" isə üçüncü yeri tutur. 49 xalı olan "Liverpul" və "Mançester Siti" 4 və 5-ci yerlərdə qərarlaşıblar. "Mançester Yunayted" isə 48 xalla altıncıdır.