cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

"Atletiko" yenidən qələbəyə oynayan komandaya çevrilib"

13.02.2017 11:06 Oxundu 1821

"Atletiko" Madridin hücumçusu Fernando Torres İspaniya La Liqasının XXII turunda keçirdikləri oyundan çox razı qalıb. Oyunun gedişində komandası iki dəfə geri düşsə də, sonda qalib gəlməyi bacarıb. Bu oyunda Torres də fərqlənib. Belə ki, 11-ci dəqiqədə vurduğu qolla o hesabı bərabərləşdirib. ("Atletiko" - "Selta" - 3:2,Qollar: Torres, 11, Kararsko, 86, Qrizman, 88 - Kabral, 5, Quidetti, 78)

O deyib: "Atletiko" yenidən təslim olmaq istəməyən və qələbə üçün vuruşan bir komandaya çevrilib. Bu, açıq oyun idi. "Atletiko" özünəməxsus səciyyədə qələbə qazandı. Biz Çempionlar Liqasındakı oyuna da böyük ümidlə baxırıq".

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 finalında "Atletiko" "Bayer"lə (Leverkuzen) görüşəcək. İlk oyun fevralın 21-də Almaniyada baş tutacaq. Cavab matçı isə martın 15-də keçiriləcək.