13.02.2017 11:15
1942
1942
Sabah UEFA Çempionlar Liqasında 2 aydan çox çəkən fasilə başa çatacaq. Avropanın ən güclü klub turnirində mübarizə 1/8 final mərhələsinin ilk oyunları ilə davam etdiriləcək. 8 görüşdən 4-ü bu həftə baş tutacaq ki, bunun ikisi fevralın 14-də, digər ikisi isə birisi gün keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
14 fevral
23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
15 fevral
23:45. “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)
23:45. “Real” (Madrid, İspaniya) – “Napoli” (İtaliya)