cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Almaniya yığmasının Azərbaycana səfər proqramı

13.02.2017 11:22 Oxundu 2009

Almaniya yığmasının Azərbaycana səfər proqramı müəyyənləşib. Məlumatına görə, Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay üz-üzə gələcəyi Azərbaycanla səfər görüşünə iki gün öncədən gələcək.Belə ki, komanda martın 24-də Bakı vaxtı ilə 17:35-də çarter reysi ilə Düsseldorfdan Bakıya yola düşəcək. Gecə saatlarında paytaxtımıza təşrif buyuracaq Yoahim Lövün komandası iki gün “Boulevard Hotel”də qalacaq.Löv yetirmələrini ertəsi gün qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqə çıxaracaq.Qeyd edək ki, martın 26-da baş tutacaq Azərbaycan – Almaniya oyunundan dərhal sonra qonaqlar hava limanına yollanacaq və vətənlərinə dönəcəklər.