cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Vahid Həmidov və Alim Məmmədovun vəfatından 7 il ötür

13.02.2017 11:29 Oxundu 2262

Bu gün "Neftçi” PFK-nın iki əməkdaşı Vahid Həmidov və Alim Məmmədovun vəfatından 7 il ötür. "Neftçi”də qısa müddət işləməsinə baxmayaraq kollektivin sevgisini qazanmış Alim Məmmədov az müddətdə yaddaşlara həkk olundu. Bacarıqlı əməkdaş olmaqla yanaşı Alimin qəlbində doğma "Neftçi”yə ölməz sevgi vardı. Jurnalist kimi həmkarlarının dərin hörmətini qazanmış Alim həm də sadiq dost, etibarlı sirdaş idi. Onun vəfatı həm "Neftçi” ailəsi, həm də Azərbaycan idman jurnalistikası üçün ağır itki oldu.

Həmin qəzada dünyasını dəyişmiş kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidov ömrünün son 6 ilini "Neftçi”də çalışdı. İşinin peşəkarı olan Vahid kollektivin dərin hörmətini qazanmışdı. Bu gün onlar cismən bizimlə deyil, amma Vahid və Alimin əziz xatirəsi "Neftçi” ailəsi tərəfindən unudulmayacaq. Allah rəhmət eləsin!