cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Ramos - 500

13.02.2017 14:48 Oxundu 1923

"Real"ın kapitanı Serxio Ramos klubun tarixinə düşüb. Ötən şənbə La Liqada "Osasuna" ilə oyunda iştirak edən 30 yaşlı futbolçu Madrid komandasında 500-cü rəsmi matçını keçirib. Bununla da o, "Real" tarixində bu qədər görüşdə oynayan 12-ci futbolçu olub.

Qeyd edək ki, müdafiəçi Ramos 500 oyunda 66 qol vurub və 35 qolun ötürməsini edib.