1736
Bu gün Azərbaycan Premyer Liqasının XVIII turunda "İnter" AZAL-ın qonağı olub. Turnir cədvəlində sonuncu olan "təyyaçilər" 2017-ci ildəki ilk qələbəsini "İnter" üzərində qazanmağa çalışsa da, buna nail ola bilməyib. Oyun "İnter"in qələbəsi ilə başa çatıb. Son 2 turda cəmi 1 xal toplayan Zaur Svanadzenin komandası bu dəfə meydanı 3 xalla tərk edib.
Azərbaycan Premyer Liqası
XVIII tur
13 fevral
AZAL – “İnter” - 0:1
Qol: Nizami Hacıyev, 84
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
“AZAL Arena”
İlk iki dövrədəki oyunları - 1:3, 0:3
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 8. Sadio Tounkara, 27. Rəşad Abdullayev, 77. Arkadi Qalperin, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 17. Eltun Hüseynov, 19. Elnur Süleymanov, 10. Nuqzar Kvirtiya, 11. Frank Madu, 2. Elşad Manafov, 16. Feyzi Aşkan
Baş məşqçi: Tərlan Əhmədov
“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 27. Adrian Skarlatake, 4. Slavik Alxasov, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 33. Tərlan Quliyev, 2. Sertan Taşkın, 17. Abbas Hüseynov, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: Zaur Svanadze
Turnir cədvəli
|
1. |
Qarabağ |
18 |
13 |
3 |
2 |
32-8 |
42 |
|
2. |
Qəbələ |
18 |
11 |
6 |
1 |
36-10 |
39 |
|
3. |
İnter |
18 |
8 |
8 |
2 |
29-18 |
32 |
|
4. |
Sumqayıt |
17 |
5 |
7 |
5 |
19-22 |
22 |
|
5. |
Zirə |
18 |
6 |
4 |
8 |
16-20 |
22 |
|
6. |
Kəpəz |
18 |
3 |
6 |
9 |
12-22 |
15 |
|
7. |
Neftçi |
17 |
4 |
1 |
12 |
13-33 |
13 |
|
8. |
AZAL |
18 |
1 |
5 |
12 |
8-32 |
8 |
Bombardirlər: Filip Ozobiç (“Qəbələ”) – 10 qol.
Azal