cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

"Artıq biz hər bir komanda üçün təhlükəli rəqib olacağıq"

13.02.2017 20:48 Oxundu 1913

"Neftçi” PFK-nın futbolçuları – Huqo Barqas və Zdenek Folprext klublarının rəsmi saytına açıqlama veriblər:

Huqo Barqas: "Qar yağdığı üçün meydançada oynamaq, ona uyğunlaşmaq çətin idi. Bununla belə, çox şadam ki, meydana əvəzetmə ilə daxil olub həlledici qolu vura bildim. Bu gün 3 xal qazanmaq psixoloji cəhətdən çox vacib idi”.

Zdenek Folprext: "Bu qələbədən sonra, demək olar, uğursuzluq zolağından çıxdıq. Artıq biz hər bir komanda üçün təhlükəli rəqib olacağıq. Fikrimcə, çox yaxşı komandamız var. Rəqibə gəlincə, "Sumqayıt”ın qapıçısı bu gün möhtəşəm oyun göstərdi”.