14.02.2017 07:59
1853
1853
"Futbolda belə şeylər olur. 7 oyunluq məğlubiyyətsizlik seriyamız qırıldı. Bunu faciəyə çevirən deyilik. Qarşıda bizi AZAL-la daha çətin oyun gözləyir. Bu oyunda qol vəziyyətərinə baxsaq, "Neftçi" qələbəni haqq etdi. "Neftçi" ilə Sumqayıtda da oyunumuz olacaq. İnşallah bu görüşdə qələbə qazanarıq." Bu sözləri "Sumqayıt" FK-nın baş məşqçisi Samir Abasov "Neftçi"- Sumqayıt matçından sonra deyib.
Bir daha xatırladaq ki, Topaz Premyer Liqasında 18-ci turunda "Sumqayıt" Futbol Klubu "Neftçi"yə minimal hesabla məğlub olub. Nəticəyə baxmayaraq, "Sumqayıt" FK 4-ci pillədəki mövqeyini qoruyub.