2298
Türkiyədə taekvondo üzrə təşkil edilən turnirdə uğurlu çıxış edən milli komandamız, üçüncü yarış günündə də medalsız qalmadı. G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinə qatılan millinin üzvü qızıl medala sahib olub. Belə ki, -68 kq çəki dərəcəsində mübarizəyə qoşulan Sina Bahrami fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azəri T.K-nu təmsil edən Mikayıl Əliyev (-54 kq) isə yarımfinal döyüşündə məğlubiyyətlə üzləşərək yarışı bürünc medalla başa vurub.
Turnirə start verilən gündən (11-fevral) bu günə olan nəticəyə görə təmsilçilərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc, ümumilikdə 9 medal qazanmışlar. Bu gün yarışa yekun vurulacaq.
- See more at: http://taekwondo.az/index.php?page=sp&id=588#sthash.6QHvEiXo.dpuf