14.02.2017 11:14
1592
1592
"Bavariyanın" hücumçusu Robert Levandovski bildirib ki, o, uşaqlıq illərində "Arsenal"ın və Fransa yığmasının sabiq forvardı Tyeri Anrinin oyundan zövq alıb: "Anri də mənim kimi, hücumçu olub. Onun meydanda etdikləri mənə təəccüblü gəlirdi. Onun texnikası, driblinqlərindən ləzzət alırdım. Odur ki, mən uşaqlıqda onu təqlid etmək istəyirdim. O, mükəmməl hücumçu idi, amma "ikinci mərtəbə"də heç də yaxşı oynamırdı.