cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Roberto Mançini "Bayer"ə başçılıq edə bilər

14.02.2017 11:18 Oxundu 1682

Almaniyanın "Bayer" klubu baş məşqçi Roqer Şmidtlə xudahafizləşmək niyyətindədir. Klub rəhbərliyi onun işindən razı deyil. Qeyd edək ki, 20 oyundan 27 xal toplamış "Bayer" hazırda turnir cədvəlinin 9-cu pilləsindədir. Bu komanda birinci yerdə olan "Bavariya"dan 22 xal az toplayıb. Sızan məlumatlara görə, italiyalı mütəxəssis Roberto Mançini yayda "Bayer"ə başçılıq edə bilər. Qeyd edək ki, o, "İnter"in sabiq baş məşqçisi olub və 2016-cı ilin yayında postunu tərk edib. Məlumata görə, Mançini heç zaman Almaniya klublarında nə oyunçu, nə də məşqçi kimi fəaliyyət göstərməyib. O, məşqçi kimi "İnter"ə 3 dəfə çempionluq bəxş edib. O, "Qalatasaray"da da çalışıb.