cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Sərxan Hacıyev FİFA-nın tədbirində iştirak edir

14.02.2017 11:51 Oxundu 1702

Qətərin paytaxtı Dohada “FIFA Executive Football Summit” adlı tədbir keçirilir. FIFA-nın prezidenti Gianni İnfantinonun rəhbərliyi ilə keçirilən tədbirdə “FIFA 2.0 – The Vision for the Future” strategiyası, “Forward” Proqramı, uşaq və gənclər futbolunun inkişafı və digər mövzular müzakirə olunur.

Qırğızıstan, İraq, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən, Qətər, Namibiya, Nigeriya, Sudan, Tanzaniya, Uqanda, Bosniya və Herseqovina, Kipr, Danimarka, Litva, Serbiya, İsveç, Ukrayna futbol federasiyalarının rəhbərliyinin qatıldığı tədbirdə AFFA-nı baş katibinin müavini Sərxan Hacıyev təmsil edir.

Fevralın 14-də öz işinə başlayan tədbir iki gün davam edəcək.