cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

AFFA XVIII turun cəzalarını açıqladı

14.02.2017 11:57 Oxundu 1762

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XVIII turunun “Zirə” – “Qəbələ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 74-cü dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sumqayıt” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun “Neftçi” – “Sumqayıt” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

I Divizionun XV turunun “Şəmkir” – “Şahdağ” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 66-cı dəqiqəsində “Şəmkir” klubunun 57 №-li futbolçusu Cəmil Hacıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 38.3).