cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

U-17 qələbə qazanıb

14.02.2017 15:04 Oxundu 1696

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan yığmamız ikinci sınağına çıxıb. Siyasət Əsgərovun yetirmələri Gürcüstanın müvafiq yaş qrupu üzrə komanda ilə qarşılaşıb. Millimiz bu görüşdə 1:0 hesabı ilə qalib gəlib. Komandamıza Sona Rəhimovanın vurduğu qol sayəsində qələbə qazanıb. Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatıb.