14.02.2017 15:33
1838
1838
AFFA-nın Klublar Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, Azərbyacan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri sabah “Boulevard Hotel Baku” otelində bir araya gələcəklər. Toplantı saat 11:00-da başlayacaq. Qeyd edək ki, bu, Klublar Komitəsinin 2017-ci ildə ilk iclası olacaq. Klub nümayəndələri sonuncu dəfə ötən il dekabrın 23-də bir araya gəliblər.