çərşənbə, 29 aprel 2026

DÜNYA FUTBOLU

İqor Tudor "Qalatasaray”ın baş məşqçi təyin edilib

14.02.2017 15:59 Oxundu 1889

Türkiyənin “Qalatasaray” futbol klubuna yeni baş məşqçi təyin edilib. Məlumata görə, bu, Türkiyənin “Kardemir Karabükspor” klubunu çalışdıran xorvatiyalı İqor Tudordur. Hollandiyalı mütəxəssis Yan Olde Rikerinklə yollarını ayıran “Qalatasaray” yeni baş məşqçi ilə 1,5 illik müqavilə imzalayıb. Bu keçid üçün “Qalatasaray” “Karabükspor”a 150 min avro məbləğ ödəyib.