cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

İntizam Komitəsi hakim qərarını qüvvədə saxladı

14.02.2017 17:29 Oxundu 1744

Azərbaycan Premyer Liqasının XVIII turunda "Qarabağ"ın "Kəpəz"lə səfərdə baş tutan matçın 86-cı dəqiqəsində "Qarabağ"ın futbolçusu Ağabala Ramazanov sarı vərəqə ilə cəzalandırılmışdı. "Qarabağ" FK olaraq, bu sarı vərəqəni haqsız sayaraq, matçın protokolunda öz etirazımızı bildirmişdi. Lakin bu gün İntizam Komitəsi bu etirazları qəbul etməyərək, hakim qərarını qüvvədə saxlayıb. Ağabala Ramazanov vərəqə limitini dolduraraq cəzalı duruma düşüb və ölkə çempionatının XIX turunda "Qəbələ"ylə səfər matçını buraxmalı olacaq.