2152
Dünən Çempionlar Liqasında 1/8 final mərhələsinə start verildi. İlk oyun günündə iki qarşılaşma baş tutdu. Bunlardan biri Parisdə baş tutdu. PSJ "Barselona"nı qəbul etdi. Elə ilk dəqiqələrdən təşəbbüsü ələ alan meydan sahibləri 18-ci dəqiqədə Di Mariyanın qolu ilə hesabı açdı. Bundan 22 dəqiqə sonra isə Drakslər hesabı ikiyə çatdırdı. 55-ci dəqiqədə Di Mariya yenə fərqləndi. 71-ci dəqiqədə Kavani hesabı dördə çatdırdı. "Barselona" isə heç təsəlliverici qola da imza ata bilmədi. Bununla da Unay Emerinin yetirmələri "Barselona"nı darmadağın etdilər.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
PSJ (Fransa) - "Barselona" (İspaniya) - 4:0
Qollar: Di Mariya, 18, 55, Draksler, 40, Kavani, 71
Baş hakim: Şimon Marçinyak (Polşa)
PSJ: 1. Trapp, 3. Kimpembe, 5. Markinyos, 6. Verratti, 9. Kavani, 11. Di Maria, 12. Menye, 14. Matyuidi (k), 20. Kurzava, 23. Draksler, 25. Rabo
"Barselona": 1. Ter Şteqen, 3. Pike, 5. Busqets, 8. İnyesta (k), 9. Suares, 10. Messi, 11. Neymar, 18. Alba, 20. Serji Roberto, 21. Andre Qomes, 23. Umtiti
"Barselona"