15.02.2017 09:08
2030
2030
"PSJ" hücumçusu Edinson Kavani 1/8 final mərhələsində "Barselona" ilə (4:0) keçirdikləri oyun barədə təəssüratlarını bölüşüb (Uruqvaylı komanda sonuncu qolun müəllifi olub). O bildirib: "PSJ-də olduğum müddətdə çox parlaq oyunlarımız olub. Amma bu qələbənin öz xüsusi dadı var. Bir tərəfdən də bu mənim ad günümə təsadüf etdi. Biz hamımız xoşbəxtik, əla oyun nümayiş etdirdik, sabahdan yeni bir matça hazırlaşmalıyıq. İndi biz yalnız "Barselona" ilə cavab oyunu barədə düşünmürük. Bizi digər vacib oyunlar da gözləyir".
Qeyd edək ki, "Barselona" -"PSJ" cavab qarşılaşması martın 8-də İspaniyada keçiriləcək.