cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

“Kəpəz” tarixi oyunun hazırlığına başlayır

15.02.2017 09:39 Oxundu 1954

Topaz Premyer Liqasının XIX turunda “Neftçi” ilə qarşılaşacaq “Kəpəz” bu gündən qarşıdakı oyunun hazırlığına başlayır. “Qarabağ”a qarşı son çempionat oyunundan sonra bərpaedici proseduradan (sauna, baseyn, masaj) keçən komanda üzvləri dünən istirahət edib.

“Sarı-göylər”in fevralın 15-i və 16-sı tarixlərində keçiriləcək məşqləri saat 11:00-da start götürəcək. Hazırlıq prosesi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akedemiyasının meydançasında keçiriləcək.

“Kəpəz”in oyun öncəki son məşqi isə görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da olacaq.