cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Maradona: "Əgər mən səni vursaydım..."

15.02.2017 12:07 Oxundu 1876

"Napoli" və Argentina yığmasının sabiq oyunçusu Dieqo Maradona öz emosionallığı ilə tanınır. Hətta o bir neçə dəfə bu xasiyyətinin acısını da yaşayıb. Deyilənlərə görə, Çempionlar Liqasının 1/8 final oyunundan öncə ("Real"la ) Madriddəki mehmanxanalarına birində yanına gəlmiş bir qrup jurnalistdən biri onu vurmaqda suclayıb. Maradona ona belə cavab verib: "Mən səni vurmadım. Əgər mən səni vursaydım, onda sən burunsuq qalardın. Əgər əlbəyaxa olsaydıq, mən səni şikəst edərdim".

Qeyd edək ki, bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində "Real" - "Napoli" qarşılaşması keçiriləcək. Madrid təmsilçisi nüfuz və qazandığı titullar baxımından İtaliya klubunu üstələsə də, bu görüş ev sahibləri üçün asan keçməyəcək. Bu isə "Napoli"nin son vaxtlar məğlubiyyət üzü görməməsi ilə bağlıdı. Təsadüfi deyil ki, 18 oyundu uduzmayan neapollular sonuncu dəfə ötən il, oktyabrın 29-da "Yuventus"a məğlub olublar. Çempionatda 3-cü pillədə qərarlaşan "Napoli" A seriyasında ötən həftə "Cenoa"dan güclü olub (2:0). "Real" isə oyunöncəsi son matçda La Liqada "Osasuna"nı üstələyib - 3:1.