cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

PSJ-nin prezidenti: "Bu, fantastik qələbədir"

15.02.2017 12:36 Oxundu 1821

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində PSJ-nin prezidenti qonağı olan "Barselona" darmadağına məruz qalıb - 0:4. Bu barədə artıq məlumat vermişik. Oyun barədə təəssüratlarını bölüşən PSJ-nin Hasser Al- Xelayfi belə deyib: "Bu oyunu udmaq çox vacib idi. Bunu bacardıq. Bu, fantastik qələbədir. Biz dünyanın ən yaxşı futbolçularını məğlub etdik. "Barselona"nı 4:0 hesabı ilə üstələməklə biz, demək olar ki, mümkün olmayan bir şeyə imza atdıq. Yenə deyirəm, bu fantastik məşqçinin, fantastik oyunçuların, əməkdaşların, azarkeşlərin fantastik matçı idi. Onlar misilsiz idilər. Amma hələ qarşıda ikinci oyun, ən azı 95 dəqiqə var. Cavab matçı daha ağır olacaq, ona görə də biz hazır olmalıyıq".

Cavab oyunu martın 8-də "Nou Kamp"da keçiriləcək.