1898
AFFA-nın növbəti Hesabat Konfransı və dərhal sonra keçiriləcək İcraiyyə Komitəsinin iclasının vaxtı müəyyənləşib. Hər iki tədbir martın 16-da “Hilton” otelində baş tutacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat verib.Konfransa saat 10:00-da start veriləcək. FİFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- AFFA prezidentinin seçilməsi
- İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki keçiriləcək.
Konfransa giriş dəvətnamə ilə olacaq. Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı fevralın 27-dən martın 6-dək akkreditasiya üçün qeydiyyat aparılacaq.