cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

Taekvondoçularımız “Turkish Open”də 10 medal qazandılar

15.02.2017 12:47 Oxundu 1997

Dünya Taekvondo Federasiyası və Türkiyə Taekvondo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlar başa çatdı. Sayca 4-cü olan G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinə qatılan yığmanın daha bir üzvü komandanın medal sayını ona catdırıb. -87 kq çəki dərəcəsində tatami üzərinə çıxan Ramin Əzizov yarımfinal mərhələsində Rusiya təmsilçisi Vladislav Larinlə qarşılaşmada məğlubiyyətlə üzləşərək bürünc medala layiq görülüb.

Qeyd edək ki, 2 qızıl, 3 gümüş və 5 bürünc, ümumilikdə 10 medala sahib olan yığma komandamızın liderləri Radik İsaev və Milad Beigi Hərçəqani bu yarışda iştirak etməyiblər. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə yarışlara qatılan millimiz sabah Vətənə dönəcək.