cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Dünya Kuboku yarışı keçiriləcək

15.02.2017 12:51 Oxundu 1855

Martın 16-dan 19-dək Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Dünya Kuboku yarışı keçiriləcək. Bakının artıq ikinci ildir ev sahibliyi edəcəyi turnirdə 21 ölkədən 90 kişi, 46 qadın idmançının iştirakı gözlənilir. Turnirin ilk iki günündə təsnifat mərhələləri, sonuncu iki günündə isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Cari Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydalarına əsasən, kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki. 2015-ci ildən etibarən Bakıda gimnastikanın bütün Olimpiya növləri üzrə Dünya Kuboku mərhələlərinin keçirilməsi artıq ənənəyə çevrilib.