cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

Marina Durunda: "Deyərdim ki, idman gimnastikadan başlayır"

15.02.2017 17:18 Oxundu 2212

Avropa Oyunlarının gümüş medalçısı Marina Sergeyevna Durunda ilə müsahibə.

- Marina, gimnastika elə bir idman növüdür ki, səbr və həssaslıq tələb edir. Siz bu haqqda nə düşünürsünüz?

- Biz musiqi altında çıxış edirik, çıxışımıza həssas yanaşmalıyıq bu idman bunu tələb edir və ən əsas hər hərəkətimizi tənzimləməliyik. O anda isə sadəcə çıxışımızı və hərəkətlərimizi düzgün tətbiq etməyi düşünürük.

- Gimnastikanın hansı növləri var? Mövcud hərəkətlərin xüsusi mənası varmı?

- Əlbəttə ki , bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası və tamblinq, Akrobatika gimnastikası və Aerobika gimnastikası.

Hər kəs özünə uyğun növü ilə məşğuldur, burda səbr və əhval-ruhiyyənın yaxşı olması gərəkdir. Bədən, ruh, jestlər, üz cizgiləri vacib amillərdir.
Deyərdim ki, idman gimnastikadan başlayır. Biz də gimnastikadan başlamışıq idmana.

- Oyunlara hazırlıq necə gedir? İslam Oyunlarına kimi hansı yarışlar və turnirlər olacaq?

- Məşqlərimiz gündə iki dəfə olur, qeyd etdiyim kimi məşqlərimizi davamlı şəkildə edirik, artıq yeni sezondan yeni proqramla hazırlaşacayıq.

- İslam Oyunlarının Azərbaycanda keçirilməyi və sizin orda iştirakınız barədə nə deyə bilərsiniz?

- Mən Avropa Oyunlarında da çıxış etdim, gümüş medal ilə nəticələndim ancaq bu dəfəki hədəfim qızıl medaldır və inanıram ki, bunu doğrulda biləcəm. Oyunlara var gücümlə və istəklə hazırlaşıram.