cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Avropa Liqasında da yeni həyəcan başlayır

16.02.2017 01:24 Oxundu 1831

Çempionlar Liqasının ardınca, Avropa Liqasında da fasilə başa çatıb. Mübarizə 1/16 final mərhələsinin ilk oyunları ilə davam etdiriləcək. Meydana öncə “Krasnodar” və “Fənərbaxça” çıxacaq. Çempionlar Liqası ilə vidalaşan “Beşiktaş” mübarizəni Avroliqada davam etdirəcək. İsraildə “Hapoel”in qonağı olacaq “qara qartal”ın işi asan olmayacaq. “Fənərbaxça” və “Beşiktaş” kimi ilk oyununu səfərdə keçirəcək “Osmanlıspor” “Olimpiakos”la üz-üzə gələcək. Qrup mərhələsində Azərbaycan təmsilçilərindən “Qarabağ”ın rəqibi olmuş “Fiorentina” 1/8 finala adlamaq üçün Mönhenqladbax “Borussiya”sını mübarizədən kənarlaşdırmalıdı. “Qəbələ”nin keçmiş rəqiblərindən “Sent-Etyenn”i ciddi sınaq gözləyir. Belə ki, fransızlar “Old Trafford”a ayaq basacaqlar. “Mançester Yunayted” – “Sent-Etyenn” qarşılaşması Poqba qardaşlarının dueli baxımından da maraq doğurur. “Sent-Etyenn”in müdafiəçisi Florentin Poqba “Mançester Yunayted”in uğurları üçün çalışan kiçik qardaşı Pol Poqbaya qarşı mübarizə aparacaq.

Mərhələnin gərgin mübarizə vəd edən görüşlərindən biri də İspaniyada baş tutacaq. “Vilyareal” E qrupunun birincisi “Roma”nı qəbul edəcək.

UEFA Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

16 fevral

20:00. “Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə)

22:00. “Astra” (Rumıniya) – “Genk” (Belçika)

22:00. “Alkmaar” (Hollandiya) – “Lion” (Fransa)

22:00. “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya)

22:00. “Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna)

22:00. “Rostov” (Rusiya) – “Sparta” (Çexiya)

22:00 “Gent” (Belçika) – “Tottenhem” (İngiltərə)

22:00. “Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka)

22:00. “Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə)

00:05. “Anderlext” (Belçika) – “Zenit” (Rusiya)

00:05. “Atletik” (İspaniya) – APOEL (Kipr)

00:05. “Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə)

00:05. “Legiya” (Polşa) – “Ayaks” (Hollandiya)

00:05. “Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa)

00:05. PAOK (Yunanıstan) – “Şalke” (Almaniya)

00:05. “Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya)