cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Zidan: "3:1 yaxşı nəticədir, amma..."

16.02.2017 08:31 Oxundu 1984

"Real"ın" baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 final mərhələsinində "Napoli"yə qarşı keçirdikləri ilk oyun barədə təəssüratlarını bölüşüb: "Başlanğıc xoşagəlməz oldu, çünki qol buraxdıq. Xoşbəxtlikdən sonra hər şey dəyişdi. Və biz üç dəfə fərqlənə bildik. Mənə elə gəlir ki, komandaların şanslarını yenə bərabərdir. Qarşıda cavab oyunu var və bizi çətin bir matç gözləyir. Bəli, 3:1 yaxşı nəticədir, amma bu hələ son nəticə deyil".

Bir daha xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real" "Santyaqo Bernabeu"da "Napoli"ni sınağa çəkib. Qarşılaşma "Real"ın qələbəsi ilə başa çatıb - 3:1.