cümə axşamı, 15 yanvar 2026

GÜLƏŞ

İranda sərbəst güləş üzrə dünya kuboku yarışları start götürüb

16.02.2017 11:41 Oxundu 4993

Fevralın 16-da İranın Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları start götürüb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparır.

İki gün davam edəcək turnirin görüşlərinin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edir.

Qeyd edək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurublar. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004-cü və 2009-cu illərdə dünya kubokunun sahibi olublar.