cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

"Napoli" 5-6 qol buraxa bilərdi"

16.02.2017 13:11 Oxundu 1943

Dünən "Napoli" Çempionlar Liqasının 1/8 finalında keçirdiyi ilk oyunda "Real"a 1:3 hesabıyla uduzub. Matçdan sonra fikirlərini bölüşən klub prezidenti Aurelio De Laurentis "Santiago Bernabeu"da meydana çıxan heyətlə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, həmin matçda meydanda olan komandada Neapol ruhu çatmırdı. Bunu göstərə bilən tək futbolçu neapollu İnsinye idi, gözəl qol vurdu. Digərləri elə bil meydanda yox idi. Sanki futbolçular "Real"ın ulduzlarını görüb trans vəziyyətinə düşmüşdülər. Bəxtimiz gətirdi, "Napoli" 5-6 qol buraxa bilərdi".