16.02.2017 17:29
1888
1888
“Zirə” heyətini daha bir futbolçu - gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya ilə gücləndirib. Artıq “qartallar”ın sıralarına qoşulan 22 yaşlı futbolçu mövsümün sonuna qədər komandanın formasını geyinəcək. Qoroziya “Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən “Stabek” klubundan keçib.
2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tiflisin “Lokomotiv” və Kutaisinin “Torpedo” klubunda forma geyib. Giorgi həmçinin Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 2012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa çempionatının yarımfinalına qədər yüksəlib.