17.02.2017 10:24
1869
1869
“Şəmkir” baş məşqçisini istefaya yollayıb. Bu barədə klubdan açıqlama verilib. Birinci divizionun XV turunda “Rəvan”la qarşılaşan qərblilər 1:2 hesablı məğlubiyyətə üzülüblər. Bu nəticə klub rəhbərliyinin narazılığı ilə qarşılanıb və Qəhrəman Əliyevlə yollar ayrılıb. Onu müvəqqəti olaraq köməkçisi işləmiş Mehman Yunusov əvəzləyəcək.