2404
İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları davam edir.
İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitirib. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.
Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 üstün ABŞ idmançıları finala yüksəlib. Qeyd etmək lazımdır ki, 74 kq çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib.
Yığmamız Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxacaq.
| I Round | II Round |
| Rusiya - AZƏRBAYCAN 4:4 (29-32) 57 kq - Artyom Gebekov - Georgi Edişeraşvili 5:2 61 kq - Camal Otarsultanov - Əli Rəhimzadə 6:6* 65 kq - Alan Gogaev - Hacı Əliyev 1:2 70 kq - Maqomedxabib Kadimaqomedov - David Suynuçxanov 10:6 74 kq - Radik Valiev - Cəbrayıl Həsənov 2:6 86 kq - Vladislav Valiev - Şərif Şərifov 2:1 97 kq - Rasul Maqomedov - Nurməhəmməd Hacıyev 2:1 125 kq - Vladislav Baitsaev - Cəmaləddin Məhəmmədov 1:8 |
AZƏRBAYCAN - Gürcüstan 5:3 57 kq - Mahir Əmiraslanov - Otari Gogava 5:5* 61 kq - Əli Rəhimzadə - Giorgi Revazişvili 12:2 65 kq - Hacı Əliyev - İveriko Julakidze 10:0 70 kq - David Suynuçxanov - Konstantin Xabalaşvili 7:5 74 kq - Cəbrayıl Həsənov - Jumber Kvelaşvili 5:0 86 kq - Şərif Şərifov - Davit Xutsişvili 2:2* 97 kq - Aslanbek Alborov - Zviad Metreveli 10:0 125 kq - Cəmaləddin Məhəmmədov - Geno Petriaşvili 7:13 |
| III Round | Bürünc medal görüşü |
| AZƏRBAYCAN - ABŞ 4:4 (14-20) 57 kq - Georgi Edişeraşvili - Antoni Ramos 3:2 61 kq - Əli Rəhimzadə - Logan Stieber 11:12 65 kq - Hacı Əliyev - Frank Molinaro 4:1 70 kq - David Suynuçxanov - James Green 0:10 74 kq - Murad Süleymanov - Jorcan Burroughs 5:4 (texniki məğlubiyyət) 86 kq - Şərif Şərifov - David Taylor III 2:12 97 kq - Aslanbek Alborov - Kyle Snyder 5:4 125 kq - Cəmaləddin Məhəmmədov - Nicholas Gviazdovski 3:1 |