cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Hakim qolu qeydə almayıb

17.02.2017 13:43 Oxundu 1976

Avropa Liqasının 1/16 final mərhələsində keçirilən "Legiya" - "Ayaks" matçında hakimlər kobud səhvlə yadda qalıblar. Belə ki, Varşavada baş tutan qarşılaşmanın əvvəllərində "Ayaks"ın futbolçusu Devi Klaasenin zərbəsindən sonra "Legiya"nın qapıçısı topu qapı xəttini keçəndən sonra qaytarsa da, hakim David Fernandes Borbalan qolu qeydə almayıb. Həmin epizodu nə yan xətt hakimi, nə də qapı arxasında dayanan referi epizodu düzgün qiymətləndirə bilib. Nəticədə daha bir biabırçı hakim səhvi qeydə alınıb. Qeyd edək ki, "Legiya" - "Ayaks" görüşü 0:0 hesabı ilə başa çatıb.